AUT.AZ

Səudiyyə ayıbdır, ABŞ yox?

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand “Əl-Nəsr”ə keçən Kriştiano Ronaldonun müdafiəsinə qalxıb.

Aut.az xəbər verir ki, Ferdinand sabiq komanda yoldaşının Səudiyyə Ərəbistanına getməsinə görə kəskin tənqid olunmasını ədalətsizlik adlandırıb:

“Devid Bekhem, Frenk Lempard, Ueyn Runi, Stiven Cerrardın Amerikaya getdiyini görmək çox gözəl idi. Karyeranızı bitirmək, böyük pul qazanmaq, daha az rəqabətli liqaya keçmək üçün əla yoldur. Onlar buna layiq idilər, bu haqqı qazandılar. Həmin vaxt media bunları yazırdı.

Amma söhbət Səudiyyə Ərəbistanına gələndə, bu, ayıbdır, üzücüdür. İmkan verin insan həyatını yaşasın. Bu yeni bir macəradır, o, yeni mədəniyyəti yaşamaq üçün ailəsini də özü ilə aparır.

Dünyanın hər bir ölkəsinin öz problemləri var. Və siz hesab edirsiniz ki, Amerikada Səudiyyədən daha az problem var?

Bu, mənim xoşuma gəlmir. Hamıya bərabər münasibət göstərilməlidir. Karyerasını bitirmək üçün daha az rəqabətli liqaya gedən hər hansı digər oyunçuya belə bir hüququ qazandığı deyilir. Planetdə heç bir insan Ronaldodan daha çox bu hüquqa layiq ola bilməz”.

Aut.az

Exit mobile version