AUT.AZ

Rəsmən Braziliyada

Uruqvaylı hücumçu Luis Suares Braziliyanın “Qremio” komandasına keçib.

Aut.az xəbər verir ki, bu barədə klub öz səhifəsində məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti 2024-cü ilin dekabrına qədərdir.

Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Həlic” klubunun da futbolçuya təklif göndərdiyi bildirilirdi. Mətbuatda yayılan xəbərlərə görə, onlar 18 aylıq müqavilə üçün 5,62 milyon avro maaş vəd edirdi. Lakin oyunçu Braziliya klubuna keçməyə qərar verib.

35 yaşlı Suaresin son komandası Uruqvay “Nasional”ı olub. Bu klubun heyətində Lui ölkə çempionu olub. Hücumçu 12 görüşdə 5 qol vurmağı bacarıb və üç məhsuldar ötürmə verib. O, millinin heyətində Qətərdə keçirilən dünya çempionatında da çıxış edib – üç görüşdə bir məhsuldar ötürmə edib.

Aut.az  

Exit mobile version