AUT.AZ

Messidən emosional təbrik

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi azarkeşlərə Yeni il təbriki ilə müraciət edib.

Aut.az xəbər verir ki, Leonun təbriki olduqca emosional alınıb:

“Heç vaxt unudulmayacaq bir ilin sonu. Həmişə arxasınca getdiyim xəyal, nəhayət reallaşdı. Ancaq uğurumu gözəl ailəmlə – hər şeyin ən yaxşısı ilə və həmişə məni dəstəkləyən dostlarımla bölüşə bilməsəm, heç nəyə dəyməzdi. Hər dəfə yıxılanda məni ayağa qaldıranları deyirəm.

Məni izləyən və dəstək olan bütün insanları da qeyd etmək istərdim. Bu səyahəti sizinlə paylaşa bilmək heyrətamizdir. Ölkəmin bütün insanlarının, eləcə də Paris, Barselona, sevgi, məhəbbət qəbul etdiyim bir çox başqa şəhər və ölkələrdən aldığım dəstək olmasaydı, əldə etdiyim mümkün olmazdı.

Ümid edirəm ki, bu il hamı üçün gözəl oldu və hamınıza can sağlığı, güc diləyirəm ki, 2023-cü ildə də xoşbəxt olasınız. Hamını qucaqlayıram!”

Aut.az

Exit mobile version