AUT.AZ

İli rekordla bitirdi

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Everton”la qarşılaşmada mövsümdə 21-ci qolunu vurub.

Aut.az xəbər verir ki, bununla da, norveçli liqa rekorduna imza atıb. İndiyə qədər heç bir oyunçu təqvim ilinin sonuna qədər sözügedən çempionatda bu qədər məhsuldar olmayıb. O, bu nəticəyə cəmi 15 oyunda iştirak etməklə imza atıb.

Qeyd edək ki, Haaland “Mançester Siti” formasıyla ümumilikdə 21 oyun keçirib və 27 qol vurub. Onun aktivində 3 məhsuldar ötürmə də var.

Exit mobile version