AUT.AZ

Elə ilk məşqdə ona deyib ki…

Niderlandlı sabiq futbolçu Klarens Zeedorf gənc oyunçularla bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Klarens “La Gazzetta dello Sport”a müsahibəsində Valverdeyə elə ilk məşqdə verdiyi tövsiyə haqda da danışıb:

“Mbappe adamı dəli edir, bəzən inanılmaz matçlar keçirir. Haaland ən güclülərdən biridir.

Vinisius çox inkişaf etdi. “Deportivo”da çalışdırdığım Valverdeni də qeyd etmək istəyirəm. İlk məşqdə ona dedim: “Sənin Kroosdan nəyin əskikdir?” Təbii ki, o, hələ indiki səviyyəsində deyildi, amma siz onda potensialı hiss edə bilərdiniz. Utancaq idi və bu səviyyəyə çatacağını düşünmürdü”.

Klarens Zeedorf “Ayaks”, “Sampdoriya”, “Real”, “İnter”, “Milan”, “Botafoqo” və Niderland millisində çıxış edib. O, dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Aut.az

Exit mobile version