AUT.AZ

Yeni klubunu məşhuri-cahan etdi

Xəbər verdiyimiz kimi, portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”ə transfer olunub.

Aut.az xəbər verir ki, 37 yaşlı ulduzun Səudiyyə Ərəbistanı təmsilçisinə transferi maraqla qarşılanıb.

Sözügedən transfer ərəblərin reklamına da təsir edib. Belə ki, bu transferə qədər “Əl Nəsr”in “İnstaqram”da izləyici sayı 2 milyon idisə, hazırda bu rəqəm 3,1 milyona çatıb.

Klubun Ronaldonun transferi ilə bağlı paylaşımına isə 9 saata 22 milyondan çox bəyənmə gəlib.

Exit mobile version