AUT.AZ

Təkliflər gəldi, “Qalatasaray” hərəkətə keçdi

“Qalatasaray” Avropa klublarından təkliflər alan Saşa Boyla yeni müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı sağ cinah müdafiəçisi ilə sözləşmə şərtlərini razılaşdırıb. Yanvar ayında tərəflər arasında yeni müqavilə imzalanacaq. “Sarı-qırmızılar” 22 yaşlı futbolçunun sərbəstqalma məbləğini də artıracaq. İstanbul klubu futbolçunu 15 milyon avroya satmağı düşünür.

Qeyd edək ki, “Qalatasaray” Saşa Boyu mövsümün əvvəlində Fransanın “Renn” klubundan transfer edib. Futbolçu cari mövsümdə “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 15 matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Exit mobile version