AUT.AZ

Ronaldonun müqaviləsinin şərtləri

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldunun Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçidi rəsmiləşib.

Aut.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2 illik müqaviləyə imza atıblar. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. CBS Sports məlumat verir ki, 37 yaşlı hücumçu mövsüm ərzində 70 milyon avro qazanacaq. “Marca” isə iddia edir ki, sponsorluq gəlirləri ilə birlikdə illik qazanc 200 milyon avro olacaq.

Bundan əlavə, Kriştiano Səudiyyə Ərəbistanının səfiri kimi də fəaliyyət göstərəcək.

Ronaldo Qətərdə keçirilən dünya çempionatından əvvəl “Mançester Yunayted”lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib. O, yeni klubunda da 7 nömrəli formanı geyinəcək.

Exit mobile version