AUT.AZ

Övladına görə ayrıldı

İsrailli futbolçu Dia Saba Türkiyənin “Sivasspor” klubundan ayrılıb.

Aut.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi açıqlama verib. O, ailə məsələləri ilə əlaqədar klubla vidalaşmaq məcburiyyətində qaldığını bildirib.

Futbolçu qeyd edib ki, komandanın təmsil etdiyi Sivas şəhərində ingilis dilində təhsil verən məktəb olmadığı üçün belə addım atıb. Bildirib ki, türk dilini bilmədiyi üçün övladı 6 aydır təhsildən uzaq qalıb. Saba klub rəhbərliyi, məşqçilər heyəti və futbolçularla heç bir problem yaşamadığını, ancaq uşağının gələcəyinə görə narahat olduğu üçün “Sivasspor”dan ayrılmağa məcbur qaldığını söyləyib.

Saba bu mövsümün əvvəlində BƏƏ təmsilçisi “Əl-Nəsr”dən “Sivasspor”a transfer olunmuşdu. O, bu komandada keçirdiyi 4 ay ərzində 20 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. İsrail millisində 11 oyun keçirmiş yarımmüdafiəçi 3 qol vurub.

Exit mobile version