AUT.AZ

Milli komandanın baş məşqçisi istefaya göndərildi

Qətər milli komandasının baş məşqçisi Feliks Sançes istefaya göndərilib.

Aut.az xəbər verir ki, bu barədə Qətər Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. İspan mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Feliks Sançes 2017-ci ildən Qətər millisini çalışdırırdı. Asiya təmsilçisi onun rəhbərliyi altında dünya çempionatında bütün matçlarda məğlub olaraq mübarizəni qrup mərhələsində dayandırıb.

Exit mobile version