AUT.AZ

“Kəpəz”dən azarkeşlərinə bayram hədiyyəsi

“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı Alessandro Pinheyro Martins Juniorun transferini tamamlayıb. Yarımmüdafiəçi mövqeyində çıxış edən 23 yaşlı braziliyalı ilə 2 illik müqavilə imzalanıb. Oyunçu son olaraq Litvada “Babrunqas”ın formasını geyinib.

Futbolçunun təqdimatı fərqli formada reallaşıb. Gəncə təmsilçisi azarkeşlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, Martins Junioru hədiyyə kimi təqdim edib.

Exit mobile version