AUT.AZ

Daha milliyə çağırılmayacaq?

Futbol agenti Paulo Barboza Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo barədə maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, forvardın Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidini dəyərləndirib, Barboza 37 yaşlı futbolçunun çoxlu pul qazanmağı seçdiyini vurğulayıb:

“Ronaldo pulu çox sevir. Bu səbəbdən təklifi qəbul etdi. Lakin bunun ona baha başa gələcəyini yaxşı başa düşür. Səudiyyə Ərəbistanında oynamağa başlayandan sonra milliyə çağırılacağına şübhə edirəm.

Bizim yazılmamış bir qaydamız var. Birləşmiş Ərəb Əmirliklərində və ya Səudiyyə Ərəbistanında çıxış edən futbolçu, çətin ki, milliyə çağırılsın. Orada fərqli futbol və fərqli intensivlik var”.

Qeyd edək ki, Ronaldo ötən gecə “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb.

Exit mobile version