AUT.AZ

“Çox cəlbedicidir”

Kriştiano Ronaldo “Əl Nəsr”ə keçidi haqda danışıb.

Aut.az xəbər verir ki, 37 yaşlı futbolçu klubun strategiyasından məmnun olduğunu bildirib:

“Özümü başqa ölkədə, yeni liqada sınamağı səbirsizliklə gözləyirəm.

“Əl-Nəsr”in strategiyası, hədəfi çox cəlbedicidir. Komanda yoldaşlarıma qoşulduğum üçün xoşbəxtəm. Ümid edirəm ki,  birlikdə komandaya yeni uğurlar qazanmağa kömək edəcəyik”.

Ronaldonun mövsüm ərzində əsas maaşı 70 milyon avro olacaq. Amma kommersiya ödənişləri və səfir kimi fəaliyyəti nəticəsində əldə edəcəyi gəlirlər birlikdə il ərzində 200 milyon avro qazanacağı bildirilir.

Onun müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Exit mobile version