AUT.AZ

77-nin sirrini açdı

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya 77 nömrəli forma altında çıxış etməsinin səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, “Corriere dello Sport”-a danışan gürcüstanlı vinger sevimli nömrəsinin 7 olduğunu deyib:

“Əslində, mənim 77 rəqəmi ilə birbaşa əlaqəm yoxdur. Lakin 7 mənim sevimli nömrəmdir. Həmçinin, Kriştiano Ronaldonun da sevimli nömrəsidir. Komandaya gələndə 7 nömrə başqa futbolçuda idi. Ona görə də, 77 rəqəmini seçmişəm”.

21 yaşlı Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. O, bu mövsüm ümumilikdə 17 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Napoli”də 7 nömrəli forma makedoniyalı futbolçu Elif Elmasa məxsusdur.

Exit mobile version