AUT.AZ

“Əl-Nəsr”ə görə bu klubdan imtina edib

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olan Kriştiano Ronaldo karyerasını ABŞ-da davam etdirməyə yaxın olub.

Aut.az xəbər verir ki, 37 yaşlı hücumçu MLS təmsilçisi “Kanzas Siti” ilə danışıqlar aparıb. Amerikalılar təklif etdiyi maaş və reklam gəlirləri də “Əl-Nəsr”in təklifilinə yaxın olub. Lakin portuqaliyalı ulduz Asiyada oynamağı üstün tutub.

Qeyd edək ki, Kriştiano Ronaldo “Əl-Nəsr” klubu ilə 2,5 illik müqavilə imzalayıb. Təcrübəli oyunçu bu müddətdə 500 milyon avro qazanacaq.

Exit mobile version