AUT.AZ

Yayımdan milyonlar qazanıblar

İspaniya La Liqasında çıxış edən klubların televiziya hüquqlarının satışından əldə etdiyi gəlir bəlli olub.

Aut.az xəbər verir ki, 2021/2022 mövsümündə çempionatda mübarizə 20 komandanın ümumi gəliri 1,43 milyard avro təşkil edib. La Liqa artıq bu məbləği ödəyib.

Siyahının ilk pilləsində “Real” qərarlaşıb. Madrid klubu 160,85 milyon avro gəlir əldə edib. İkinci sırada qərarlaşan “Barselona” büdcəsini 160,13 milyon avro zənginləşdirib. Madrid “Atletiko”su isə 130,31 milyon avroluq gəlirlə üçüncü olub.

Ən az gəlir əldə edən klubu isə 45,86 milyon avro ilə “Rayo Valyekano”dur.

Exit mobile version