AUT.AZ

Super Liqa: “Qalatasaray” ili lider kimi başa vurdu

Türkiyə Super Liqasında XVI tura yekun vurulub.

Aut.az xəbər verir ki, ilk oyun günündə “Fənərbağça” evdə “Hatayspor”u darmadağın edib.

“Alanyaspor” “Kayserispor”u, “İstanbulspor” isə “Kasımpaşa”nı məğlub yola salıb. Son çempion “Trabzonspor” isə səfərdə “Fatih Karagümrük”ə böyük hesabla uduzub.

Son oyun günündə üç qarşılaşma baş tutub. “Qalatasaray” səfərdə “Sivasspor”a qalib gələrək, ili lider başa vurub. “Beşiktaş” isə “Adana Demirspor”la oyunda çətin qələbə qazanıb.

Türkiyə Super Liqası
XVI tur

27 dekabr

Ankaragücü – Ümraniyəspor – 1:2
Qollar:
 G.Zahid, 2 – Avunu, 9; 55.

Başakşəhər – Antalyaspor – 2:0
Qollar: 
D.Türüç, 57. Aleksiç, 66.

Fənərbaxça – Hatayspor – 4:0
Qollar:
 Kinq, 20. Batşuayi, 26. S.Dursun, 86. Q.Enrike, 90+5.

28 dekabr

Alanyaspor – Kayserispor – 3:1
Qollar: 
Koka, 21. Y.Özdəmir, 36. E.Karaca, 72-pen – A.Karimi, 59.

İstanbulspor – Kasımpaşa – 2:1
Qollar: 
Ethemi, 29. E.Gültəkin, 78 – Petretta, 25.

Fatih Karagümrük – Trabzonspor – 4:1
Qollar: 
Ozdoyev, 6. Borini, 34. Riççi, 67. Kuassi, 87 – Bartra, 20.

29 dekabr

Girəsunspor – Qaziantep – 2:1
Qollar: Serginyo, 24, R.Bayiç, 90+5 – V.Veli, 51

Sivasspor – Qalatasaray – 1:2
Qollar: 
E.Yeşilyurt, 80 – D.Mertens, 27, B.Yılmaz, 90+5

Beşiktaş – Adana Dəmirspor – 1:0
Qol:
 A.Masuaku, 14

Exit mobile version