AUT.AZ

“Şamaxı”dan növbəti transfer

“Şamaxı” növbəti transferi reallaşdırıb.

Aut.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Emin Zamanov il yarım bölgə təmsilçisinin formasını geyinəcək.

25 yaşlı futbolçu daha öncə “Neftçi” və “Səbail”də çıxış edib.

Komanda daha öncə hücumçu Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib.

Exit mobile version