AUT.AZ

Pelenin böyüklüyünü əks etdirən nadir FOTO

Ötən gün həyata gözlərini əbədi yuman Pelenin karyerasında bir sıra möhtəşəm hadisələr olub.

Aut.az xəbər verir ki, futbol kralını mükəmməl şəkildə əks etdirən az sayda kadr var. Onlardan biri də 1970-ci ildə Meksikada keçirilən Dünya Kuboku zamanı lentə alınıb. Qvadalaxara şəhərindəki köhnə Anda Teatrının qarşısında asılmış afişadır. Afişada “bu gün işləmirik, çünki Peleyə baxacağıq” yazılıb.

Pele həmin turnirdə qalib oldu. Bu, onun mundiallardakı 3-cü zəfəri idi. O, 42 il keçməsinə rəğmən hələ də buna nail olan yeganə futbolçudur. Ondan sonra heç kim 3 qat dünya çempionu ola bilməyib.

Bundan başqa, Meksikadakı yarış Pelenin sonuncu mundialı olub.

Qeyd edək ki, əfsanəvi hücumçunun hesabı açdığı final görüşündə Braziliya millisi İtaliyanı 4-1 hesabı ilə məğlub edib. DÇ-1970-də Pele ümumilikdə dörd qol vurub.

Exit mobile version