AUT.AZ

Pele ilə vida mərasimi harada keçiriləcək?

Ötən gün dünyasını dəyişən braziliyalı əfsanəvi futbolçu Pele ilə vida mərasimi keçiriləcək.

Aut.az xəbər verir ki, mərasim “Santos” klubunun San-Pauluda yerləşən stadionunda olacaq. Bildirilir ki, dekabrın 23-dən əfsanəvi futbolçunun səhhətinin pisləşməsindən sonra artıq anım mərasiminin təşkili üçün avadanlıqlar stadiona gətirilməyə başlanılıb. Mərasimin gün yarım davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Peledə xəstəlik 2021-ci ilin payızında aşkarlanıb. Bundan sonra 82 yaşlı braziliyalı kimyaterapiyadan keçib, lakin sonradan xəstəlik şiddətlənib.

Exit mobile version