AUT.AZ

“Neftçi” ondan qurtulmaq istəyir

Mövsümün ikinci yarısına hazırlaşan “Neftçi” komanda daxilindəki islahat prosesini gücləndirməyə çalışır.

Aut.az xəbər verir ki, bir neçə gün öncə Mamadu Mbocla müqaviləyə xitam verən “ağ-qaralar” daha bir legionerdən qurtulmağa çalışır. Söhbət Gilyerme Patoda gedir. Ona bəslənən ümidləri doğrultmayan braziliyalı yarımmüdafiəçi karyerasını Kipr çempionatında davam etdirməyə yaxındır. Bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb. Bildirilir ki, Kiprin bir neçə klubu 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.

“Neftçi” Patoya görə gələcək təklifləri dəyərləndirməyə hazırdır. Klubla 2024-cü ilin yayınadək müqaviləsi olan brazliyalının göndərilməsi “ağ-qaralar”ın yüksək məvacibdən xilas olması ilə nəticələnə bilər. Bu səbəbdən klub rəhbərliyi Kipr təmsilçiləri ilə ortaq məxrəcə gəlməyə çalışacaq.

Qeyd edək ki, Braziliyanın “İnternasional” klubundan böyük ümidlərlə transfer edilən Gilyerme Pato bu ilin yanvarından “Neftçi”də çıxış edir. O, “ağ-qaralar”ın heyətində ümumilikdə 32 oyun keçirib və cəmi 2 qol vurub.

Exit mobile version