AUT.AZ

“Dəmir Mayk” Peleni belə yad etdi

Ağır çəkidə şəksizqat dünya çempionu Mayk Tayson dünya futbolunun əfsanəsi braziliyalı Pelenin ölümünə münasibət bildirib. 

Aut.Az xəbər verir ki, adı “Şöhrət Zalı”nda olan boksçu ötən gün dünyasını dəyişən Pele ilə illər əvvəl çəkilən şəklini sosial şəbəkə hesabında paylaşaraq belə yazıb:

 

“Mənim 21 yaşım var idi. Dahilərdən biri ilə görüşmək xəyalımın gerçəkliyini yaşadım. O, istiqanlı və mehriban bir insan idi, heç kimə pis söz deməzdi. Rahat yat”.


Yeganə üçqat dünya çempionu olan Pele dünən, dekabrın 29-da 82 yaşında dünyasını dəyişib.

Exit mobile version