AUT.AZ

Baydendən Pelenin vəfatı ilə bağlı paylaşım

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden keçmiş braziliyalı futbolçu Pelenin ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Aut.az xəbər verir ki, ölkə başçısı mərhum futbolçu barədə aşağıdakı sözləri dilə gətirib:

“Dünyanı bənzərsiz formada bir-birinə bağlayan idman üçün Pelenin təvazökar başlanğıcdan futbol əfsanəsi olmağa qədər uzanan hekayəsi nələrin mümkün olduğunun göstəricisidir. Bu gün mən onun ailəsini və onu sevən hər kəsi düşünürəm”.

1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi futbolçu Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 20-ci əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və Amerikanın “Nyu-York Kosmos” (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində vurduğu 1279 qolla “Ginnessin rekordlar kitabı”na düşüb.

Exit mobile version