AUT.AZ

Azərbaycanlı futbolçu Türkiyədə klubunu dəyişdi

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Vüsalə Seyfəddinova Türkiyədə klubunu dəyişib.

Aut.az xəbər verir ki, 22 yaşlı futbolçu “Amedspor”la anlaşıb.

Seyfəddinova Super Liqanın B qrupunda çıxış edən klubla müqavilə imzalayıb. “Amedspor” onunla yanaşı, bir qapıçı və bir müdafiəçini də heyətinə qatıb.

Seyfəddinova mövsümün ilk dövrəsini Türkiyənin digər klubu “Adana İdmanyurdu”da keçirib.

Exit mobile version