AUT.AZ

“Zirə” Təmkindən canını qurtardı

Qış fasiləsində “Zirə” klubunda ilk ayrılıq reallaşıb.

Aut.az xəbər verir ki, “qartallar” Təmkin Xəlilzadə ilə yollarını ayırıb. Müdafiəçiylə 2023-cü ilin mayında başa çatacaq müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.

Qeyd edək ki, mövsümün gedişində Xəlilzadə baş məşqçi Rəşad Sadıqov tərəfindən əvəzedici komandaya göndərilsə də, sonradan bağışlanılmışdı.

Təmkin 2021-ci ilin yayında “Zirə”yə transfer edilib. Bu, futbolçunun “qartallar”dakı ikinci çıxışı idi. Milli komandamızın üzvü daha əvvəl 2015-2017-ci illərdə bu komandanın formasını geyinib.

Exit mobile version