AUT.AZ

Ronaldo ilə işləmək istəyirsiniz? – Yüksək məvacib verir

Azad agent statusuna malik olan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo villasına işçilər axtarır.

Aut.az xəbər verir ki, 37 yaşlı hücumçunun ölkəsində yerləşən evinə bağban, aşbaz və qulluqçu axtarılır. Ronaldo işçilərə aylıq 6000 avro maaş verəcək. İşə qəbul olunacaq şəxslər gizlilik müqaviləsi imzalamalıdır.

Qeyd edək ki, Kriştiano Ronaldo Lissabondan 40 km məsafədə yerləşən həmin villanı bir neçə ay öncə 20 milyon avroya alıb. Malikanə Portuqaliyada ən bahalı mülk hesab olunur.

Exit mobile version