AUT.AZ

Postsovet ölkələrinin ən bahalı futbolçuları

“Transfermarkt” portalı postsovet ölkələrinin ən bahalı futbolçularından ibarət simvolik komandanı müəyyənləşdirib.
Aut.az xəbər verir ki, təqdim edilən 11 futbolçudan 7-si Ukraynanı, ikisi isə Rusiya və Gürcüstanı təmsil edir.
Ukraynanın ən bahalı təmsilçisi Donetsk “Şaxtyor”unun futbolçusu Mixail Mudrikdir. Onun transfer qiyməti 40 milyon avrodur.
Rusiyalılar arasında ən bahalısı “Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovin (22 milyon avro) olub. “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya gürcülər arasında ən yüksək qiymətə malikdir – 60 milyon avro.
Simvolik komanda belə görünür:
Qapıçı: Giorgi Mamardaşvili (Gürcüstan, Valensiya, 25 milyon avro).
Müdafiəçilər: Vitali Mikolenko (Ukrayna, Everton, 22 milyon avro), İlya Zabarnı (Ukrayna, Dinamo Kiyev, 15 milyon avro), Nikolay Matvienko (Ukrayna, “Şaxtyor”, 11 milyon avro).
Yarımmüdafiəçilər: Aleksandr Zinçenko (Ukrayna, Arsenal, 32 milyon avro), Arsen Zaxaryan (Rusiya, Dinamo Moskva, 15 milyon avro), Aleksandr Qolovin (Rusiya, Monako, 22 milyon avro), Ruslan Malinovski (Ukrayna, Atalanta, 18 milyon avro).
Hücumçular: Mixail Mudrik (Ukrayna, “Şaxtyor”, 40 milyon avro), Xviça Kvaratsxeliya (Gürcüstan, “Napoli”, 60 milyon avro), Viktor Tsıqankov (Ukrayna, “Dinamo Kiyev”, 22 milyon avro).
Exit mobile version