AUT.AZ

Ona baş qoşmaq istəmədi

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe Argentina millisinin qapıçısı Emiliano Martinesin finalda və qələbə qaradında ona ünvanlanan hərəkətlərinə münasibət bildirib.

Aut.az xəbər verir ki, DÇ-2022-nin bombardiri bu barədə çox qısa danışıb. “Bunlar mənim problemim deyil. Belə boş və yararsız şeylərə sərf etməyə enerjim və vaxtım yoxdur. Hazırda bütün diqqətimi klubuma yönəltmişəm” – deyə Mbappe bildirib.

Qeyd edək ki, Martines final matçından sonra Mbappe və komanda yoldaşlarına qarşı müxtəlif jestlər edib. Argentinadakı zəfər paradında isə qolkiper, üzərində Kilianın şəkli olan oyuncağı əlində tutaraq, müxtəlif jestlər edib.

Exit mobile version