AUT.AZ

Musa Qurbanlı Messi formasında izlədi, Mbappe də… – Foto

Azərbaycan Premyer Liqasında yaranan qış fasiləsindən istifadə edən “Qarabağ”ın futbolçusu Musa Qurbanlının Parisə səfər etdiyi barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, o, Liqa-1-in PSJ – “Strasburq” görüşünü (2:1) canlı izləyib. Qurbanlı oyuna Argentina millisi və PSJ-nin hücumçusu Lionel Messinin formasında gedib. O, bu barədə şəkli şəxsi “İnstaqram” hesabında paylaşıb.

Qeyd edək ki, PSJ-nin qələbə qazandığı oyununda Markinyoş və Kilian Mbappe vurub. Neymar isə qırmızı vərəqə ilə yadda qalıb.

Exit mobile version