AUT.AZ

Mbappe finaldan sonra Messiyə nə deyib?

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe DÇ-2022-nin final matçından sonra komanda yoldaşı və Argentina millisinin hücumçusu Lionel Messi ilə arasındakı dialoq barədə danışıb.

Aut.az xəbər verir ki, 24 yaşlı futbolçu Messini, sadəcə təbrik etdiyini bildirib:

“Dünya çempionatının finalından sonra Leo ilə danışdım. Mən onu qələbə münasibətilə təbrik etdim. Onun üçün də, mənim üçün də çempionluq qarşıya qoyulan məqsəd idi. Amma mən bacarmadım. Buna görə də çalışmağa davam etməliyəm”.

Qeyd edək ki, Qətərdəki mundialın finalında Argentina finalda Fransanı (3:3) penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib. Həmin oyunda Mbappe het-trik edib, Messi isə dubla imza atıb.

Exit mobile version