AUT.AZ

“Kəpəz” legioneri ilə müqaviləni ləğv etdi

“Kəpəz” klubu futbolçusu Peyman Keşavarzi ilə yollarını ayırıb.

Aut.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iranlı müdafiəçi ilə mövsümün sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Peyman Keşavarzi “Kəpəz”dən əvvəl Azərbaycanda “Sumqayıt” və “Səbail”in formasını geyinib.

Exit mobile version