AUT.AZ

İran DÇ-yə hicabsız qatılan şahmatçıdan imtina etdi

İran Şahmat Federasiyası Qazaxıstanın Almatı şəhərində keçirilən şahmatın rapid və blits növü üzrə dünya çempionatında hicabsız çıxış edən Sara Xademin bu ölkəni təmsil etmədiyini bəyan edib.

Aut.Az xəbər verir ki, bu barədə Federasiya rəhbəri Həsən Təmini açıqlama verib.

Onun sözlərinə görə, Xadem Qazaxıstanda keçirilən çempionata İran federasiyasının xətti ilə deyil, öz hesabına gedib.

“O, ölkəmizi təmsil etmir. Amma biz bu şahmatçıdan belə hərəkət gözləmirdik, çünki o, əvvəlki turnirlərdə bütün standartlara uyğun şəkildə iştirak edib”, – deyə Həsən Təmini bildirib.

Qeyd edək ki, Almatıda keçirilən DÇ-də Sara Xademdən başqa, digər iranlı şahmatçı Atusa Purkaşian da hicabsız çıxış edib. Şahmatçılar hərəkətlərinin səbəbini şərh etməsələr də, bunun İranda baş verən etirazlarla həmrəylik nümayişi olduğu istisna olunmur.

Exit mobile version