AUT.AZ

Dünya çempionu “Qalatasaray”a transfer ola bilər

“”Qalatasaray” böyük komandadır. Di Mariya gələcəkdə bu klubun formasını geyinə bilər”.

Aut.az xəbər verir ki, bunu Futbol üzrə Argentina milli komandasının idman direktoru Lusiano Nakis Anxel Di Mariya deyib.

O, “Qalatasaray” klubunun onunla yaxından maraqlanmasına münasibət bildirərkən transferin mümkün ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, Argentina millisinin heyətində dünya çempionu olan 34 yaşlı yarımmüdafiəçinin cari mövsümün sonu “Yuventus”la müqaviləsinin müddəti başa çatır.

Exit mobile version