AUT.AZ

Çılpaq görüntülərini yaydılar, belə intiqam aldı – FOTOLAR

2017-ci ilin sentyabr ayında həndbol üzrə dünya çempionu və olimpiya mükafatçısı Nora Merkin həyatının ən çətin günlərini yaşadı. Norveçli idmandan getməyə yaxın idi, lakin zədə və ya yorğunluq səbəbindən yox.

Telefonunun proqram təminatının kiber hücuma məruz qalaraq sındırılmasına görə. Çünki həmin cihazın yaddaşında onun çoxlu səmimi, çılpaq və digər məzmunlu foto və videoları var idi. Qorxduğu başına gəlmişdi. Görüntüləri oğurlanaraq qısa zaman kəsiyində internetdə yayımlanmışdı. Merk buna qətiyyən hazır deyildi, ona görə də qəfil depressiyaya düşdü.

Merkin başına gələn hadisə və onun təfərrüatları çox qəribə idi. O hesab edirdi ki, komandadan kimsə şəkllərini internetə sızdırıb. Həndbolçu yoldaşlarında şəkilləri olub və onları silməkdən imtina ediblər. Araşdırmalardan sonra Noranın sözləri qismən təsdiqini tapıb. Baxmayaraq ki, böyük bir kiber hücum olduğu barədə məlumatlar var idi. Merkdən başqa, digər idman növlərindən də qurbanlar olması buna işarə idi.

Norveç Həndbol Federasiyası isə bu məsələdə idmançıya heç bir formada kömək etmədi. Merk rəhbərliyin hadisə ilə bağlı hər şeyi bildiyini, lakin qəsdən ona məhəl qoyulmadığını iddia edirdi. Bundan sonra Nora federasiyaya onu yox, bu işi görənləri qoruduqları üçün millidən getməyə qərar verdi. İşi araşdıran polis oğurluqda azı 15 nəfərin əli olduğunu bildirdi. Hüquq-mühafizə orqanları bu məsələdə onun həmkarlarından birinin əli ola biləcəyini istisna etmədi.

Sızdırılan fotolarla yaşanan qalmaqaldan sonra Merk milli komandada oynamadı. Geridönüş yalnız 2020-ci ildə reallaşdı. O, bunu hələ kolleksiyasında olmayan olimpiya qızılı üçün etdi.

“Bu hadisə baş verəndə mənim yalnız bir istəyim var idi – bilet alıb dünyanın başqa bir yerinə uçmaq. Bunu reallaşdırsaydım, başıma oyun açanlar qalib gələcəkdilər. Heç bir axmaq mənim dünyanın ən yaxşı həndbolçusu olmaq xəyalımı məhv edə bilməzdi” – deyə Merk “Marca” qəzetinə açıqlamasında deyib.

Onun qayıdışı uğurlu alındı. Merk Avropa çempionu oldu. Bunun sayəsində komandası Tokio Yay Olimpiya Oyunlarına vəsiqəni qazandı. Bununla da, xəyalını gerçəkləşmək imkanı qazandı. Ancaq hər şey onun istədiyi kimi olmadı. Yarımfinala qədər uğurla irəliləyən Norveçi bu mərhələdə Rusiya dayandırdı. Nəticədə skandinaviyalılar bürünc medalla kifayətləndilər. Bu, onun Olimpiadalardakı 2-ci bürüncü idi.

Noranın karyerası indi də davam edir. 31 yaşlı həndbolçu xəyalından dönmür. Onun hər zaman şansı var. Çünki uğur onunladır. Merkin budəfəki hədəfi Parisdəki Olimpiadada qızıl medal qazanmaqdadır. Fransadakı yarışa qədər isə o, digər beynəlxalq yarışları fəth etməyə davam edir. Sanki bununla bütün düşmənlərindən intiqam alır.

Exit mobile version