AUT.AZ

Azarkeşləri qəzəbləndirdi

“Yuventus” azarkeşləri komandanın üzvü Pol Poqbaya qəzəbləniblər.

Aut.az xəbər verir ki, buna səbəb futbolçunun mövsümün gedişində xizək kurortunda istirahət etməsidir. Fanatları hiddəntləndirən əsas məqam isə yayda “Mançester Yunayted”dən “Yuve”yə transfer edilən yarımmüdafiəçinin zədəli ola-ola belə davranmasıdır. “Qoca-sinyora”ya 2-ci qayıdışından sonra rəsmi oyunlarda debüt etməyən və geridə qalan 6 ay müddətində zədəli olan Poqbanın məsuliyyətsiz davranışı azarkeşləri özündən çıxarıb. Onlar klubun yeni rəhbərliyindən həftəlik maaşı 195 min avro olan futbolçuyla bağlı tədbir görülməsini tələb edirlər.

Futbolçunun istirahət vaxtı paylaşdığı fotoların altından isə tənqidi şərhlər yazılır.

Qeyd edək ki, “Yuventus” Poqbanı yayda azad agent statusu ilə heyətinə qatıb. Futbolçu komandadakı ilk məşqlərindən birində diz qapağından zədələnib və əməliyyat olunub. Zədənin dekabrda sağalacağı gözlənilsə də, bu proses açıqlanmayan səbəblərdən yubanır.

Exit mobile version