AUT.AZ

Atasını geridə qoydu

“Mançester Siti” Premyer Liqanın 17-ci turunda “Lids”ə 3:1 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, “şəhərlilər”in norveçli hücumçusu Erlinq Haaland bu qarşılaşmada dubl edib. O, Premyer Liqada vurduğu qolların sayını 20-yə çatdırıb.

Bununla da, Erlinq atası Alfa-İnqeni geridə qoyub. Onun hesabında 18 qol vardı. Qeyd edək ki, ata Haaland Premyer Liqada 18 qolu 181 matçda vurub.

Erlinqə isə cəmisi 14 oyun bəs edib ki, atasını geridə qoysun.

Aut.az

 

Exit mobile version