AUT.AZ

Tarixin ən böyük zərəri

“Yuventus” 2022-ci il üçün maliyyə hesabatını açıqlayıb.

Aut.az xəbər verir ki, hesabata əsasən, İtaliya təmsilçisi 239,2 milyon avro zərərə uğrayıb. Bu, A seriyası klubları arasında indiyədək qeydə alınan ən böyük itkidir.

Qeyd edək ki, “Yuventus” hazırda A seriyasının turnir cədvəlində 31 xalla 3-cüdür. Ötən ay isə klubdakı maliyyə fırıldağına görə prezident Andrea Aynelli başda olmaqla, klubun idarə heyəti və digər vəzifəli şəxslər istefa verib.

Exit mobile version