AUT.AZ

Ronaldo “Real”a qayıdır? – Oğlu sirri açdı

“Mançester Yunayted”dən qalmaqallı şəkildə ayrılan Kriştiano Ronaldonun hansı kluba keçəcəyi maraq doğurur.

Aut.az xəbər verir ki, hazırda onun xidmətində, sadəcə 2 komanda maraqlıdır. Söhbət Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” və sabiq komandası “Real”dır. Bildirlir ki, onun taleyinə yeni ilin ilk günlərində aydınlıq gələcək. Bu səbəbdən Ronaldonun hər addımı diqqətlə izlənir.

Artıq onunla bağlı maraqlı bir məqam ortaya çıxıb. Kriştianonun oğlu Ronaldo Junior yenidən “Real”ın futbol akademiyasına qəbul edilib. Krişin 12 yaşlı oğlu “Mançester Yunayted”in akademiyasını tərk edərək İspaniyaya yollanıb. Diqqətçəkən məqam odur ki, Ronaldo həmişə oğlunun, çıxış etdiyi klubların aşağı yaş qrupları üzrə komandalarında forma geyinməsində maraqlı olub. Hətta “Real”dan “Yuventus”a transfer olunarkən belə eyni addımı atıb. Bu o deməkdir ki, Ronaldonun növbəti ünvanı “kral klubu” ola bilər.

Qeyd edək ki, Ronaldo Junior bu mövsüm “Mançester Yunayted”in U-14 komandasında 23 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 58 qol vurub və 18 məhsuldar ötürmə edib.

Exit mobile version