AUT.AZ

Polisə verdiyi rüşvətdən danışdı

“Zenit” sabiq müdafiəçisi Nikolas Lomberts Sankt-Peterburq təmsilçisində oynadığı dönəmdə Rusiya polisinə rüşvət verməsindən danışıb.

Aut.Az xəbər verir ki, “Sport.24” onun dediklərini belə çatdırıb:

“Bir dəfə Peterburqda sükan arxasında olarkən polis məni saxladı. Bir bokal içmişdim. Anladım ki, içdiyimi hiss edib. Alkotesteri məndən bir metr aralıda tutmasına təəccübləndim. Axı bir bokaldan sonra alkoqol səviyyəsi necə 2,5 promil ola bilərdi? 60 min rubl istədi, vermədim. “Sənin başın xarab olub? O qədər verməyəcəyəm, məni həbs etmək istəyirsənsə, buyur” dedim. Gördü ki, başqa yol yoxdur, sövdələşməyə başladıq. Sonda səhv etmirəmsə, 20 min rublumu aldı. Getmək istəyəndə “indi məni evə özün apar ki, tində dayanan o biri dostuna ilişməyim” dedim”.

Exit mobile version