AUT.AZ

Milli komandamızın üzvü Çin klubunda

Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu bəlli olub.

Aut.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək. O, “Şenzen Jonqsay”la müqavilə imzalayıb. Odina dekabrın 30-da başlayacaq mövsümünün sonunadək bu klubda forma geyinəcək.

Voleybolçumuz daha əvvəl Filippində çıxış edib. O, 2022-ci ilin oktyabrından dekabra kimi “Çoko Muço Flinq Titans”da çıxış edib.

Qeyd edək ki, Odina “Şenzen”dəki ilk azərbaycanlı deyil. Çin təmsilçisi oktyabrda milli komandamızın digər üzvü Mariya Kirilyuku transfer edib.

Exit mobile version