AUT.AZ

Klubsuz qaldı

“Barselona”nın sabiq hücumçusu Bojan Krkiçin Yaponiyanın “Vissel Kobe” klubu ilə müqaviləsi başa çatıb.

Aut.Az xəbər verir ki, 32 yaşlı ispan futbolçu ilə müqavilə yenilənməyib.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Beləliklə, hazırda o, azad agentdir.

Krkic son iki ildə “Vissel Kobe”də Andres İnyesta ilə komanda yoldaşı olub.

Krkiç “Barselona”, “Roma”, “Milan”, “Ayaks”, “Stok Siti” və digər klublarda çıxış edib. O, “Barselona”nın əsas komandasında 104 oyun keçirib və 26 qol vurub.

Exit mobile version