AUT.AZ

İlin ən yaxşı futbolçusu o oldu

“Tottenhem”in hücumçusu Deyan Kuluşevski vətəni İsveçdə 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.

Aut.az  xəbər verir ki, 22 yaşlı isveçli futbolçu karyerasında ilk dəfə bu mükafata layiq görülüb.

Kuluşevski xoşbəxt olduğunu və özü ilə fəxr etdiyini dilə gətirib:

“Bu mövsüm fantastik keçdi. Mən çox xoşbəxtəm. Mükafatı qazandığım üçün özümlə fəxr edirəm. Bu istiqamətdə çox insan mənə kömək etdi. Lakin, bu, çətinliklə başa gəldi”.

Exit mobile version