AUT.AZ

Türkiyəyə gəlməyə peşman oldu

Yeni ili qarşılamaq üçün ailəsi ilə birgə Türkiyəyə qayıdan Merih Demiral xoşagəlməz hadisə ilə üzləşib.

Aut.az xəbər verir ki, “Atalanta”nın müdafiəçisinin İtaliyadaki evi qarət olunub. Bu barədə “Calciomercatoit” məlumat yayıb. Onun bütün qiymətli əşyaları oğurlanıb. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. Futbolçu İtaliyaya dönməyib.

Bildirilir ki, oğrular Merihi əvvəldən izləyiblər. Onun İtaliyadan getdiyini bildikdən sonra isə evə giriblər. Qapı və pəncərələri sındıran oğrular Merihin həyat yoldaşının qızıllarını, xeyli pulunu və əşyalarını aparıblar.

Exit mobile version