AUT.AZ

Deyirlər ki, ancaq oğurluq etdiyimiz üçün…

“Yuventus”un keçmiş baş direktoru Lusiano Mocci Turin klubunun səhmdarlarının iclası haqda danışıb.

Aut.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, o, hər zaman meydanda ləyaqətlə mübarizə apardıqlarını bildirib:

“Deyirlər ki, biz ancaq oğurluq etdiyimiz üçün qalib gəlirik, amma bu, doğru fikir deyil. Biz meydanda həmişə ləyaqətlə mübarizə aparmışıq. Bəlkə də, əksinə olub: rəqiblər bizdən oğurlayıblar. 2001-ci ildə “Roma” çempionluğu bizdən oğurladığı kimi. Elə həmin il İtaliya Milli Olimpiya Komitəsinin prezidenti mövsümün ortasında qaydaları dəyişərək, Nakatanın Turində oynamasına icazə verdi”.

Lusiano Mocci “Yuventus”un B Seriyasına düşməsinə səbəb olub. Klub iki liqa titulundan da məhrum edilib.

Exit mobile version