AUT.AZ

“Böyük Qayıdış” yekunlaşdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı Qrant Müsabiqəsində fərdi kateqoriya üzrə qalib olan “Böyük Qaydış” futbol çempionatı layihəsi çərçivəsində final oyunu  keçirilib.

Aut.az xəbər verir ki, 37 komandanın mübarizə apardığı yarışda finalda “Qayıdış” qəsəbəsi 6 nömrəli məktəbin komandası ilə UGİŞM futbol komandası mübarizə aparıb. Gərgin keçən final oyunundan UGİŞM-in futbol komandası qalib ayrılıb.

Final mərhələsində layihə rəhbəri Quliyev Mirdamet İbad oğlu, məktəbin direktoru Məhərrəm Orucov, layihənin eksperti Ehtiram Sadıqzadə, veteran məşqçilər Rəftar İmanov, Asəf Qasımov çıxış edərək futbolçulara ürək sözlərini deyiblər. Finalda qalib gələn komandaya kubok və sertifikatla yanaşı layihə üçün xüsusi hazırlanmış futbol köynəkləri də hədiyyə edilib.

Exit mobile version