AUT.AZ

Azərbaycan çempionatının ən dəyərli futbolçuları – Siyahı

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni transfer qiymətləri məlum olub.

Aut.az xəbər verir ki, mövsümün ilk yarısından sonra çempionatın ən dəyərli oyunçusu “Neftçi”nin kapitanı Emin Mahmudov olub. “Transfermarkt” portalında 30 yaşlı yarımmüdafiəçinin dəyəri 200 min avro artaraq, 1,4 milyon avroya yüksəlib. İkinci sırada “Qarabağ”ın vingeri Kadi Borqes qərarlaşıb. Rusiyanın “Krasnodar” klubuna transferi gündəmdə olan braziliyalı yarımmüdafiəçinin qiyməti 1,2 milyon avro göstərilib. “3-lüy”ü “Neftçi”nin yarımmüdafiəçisi Yusuf Laval qapayır. Nigeriyalı cinah oyunçusu dəyərini 100 min avro artırıb və 800 min avro ilə 3-cü sırada qərarlaşıb.

Ən çox dəyər itirən oyunçu “ağ-qaralar”ın müdafiəçisi Solomon Kvirkveliyadır. Gürcü futbolçunun dəyəri 300 min avro azalaraq, 700 min avro olub. “Qarabağ”dan Abdullah Zubir və “Qəbələ”dən Urfan Abbasov 200 min avro dəyər itirərək, 800 minə düşüb.

Dəyəri ən çox artan isə “Qarabağ”dan Musa Qurbanlı və “Sabah”ın gənc qapıçısı Yusif İmanovdur. Hər iki oyunçunun qiyməti 250 min avro qalxıb. Hazırda onların dəyəri 600 min avrodur.

Exit mobile version