AUT.AZ

100 milyon istəyirlər

“Arsenal” klubu “Şaxtyor”un yarımmüdafiəçisi Mixail Mudrikin transferini tamamlaya bilmir.

Aut.az xəbər verir ki, buna səbəb Donetsk təmsilçisinin “topçular”ın təkliflərini israrla geri çevirməsidir. ESPN-nin yaydığı məlumata görə, London klubu Mixail üçün göndərdliyi sonuncu, 65 milyon avroluq təklif müsbət cavablandırılmayıb. “Şaxtyor” rəhbərliyi onu 100 milyon avroya satmaq niyyətindədir. “Arsenal” bu məbləğin şişirdiyini bildirərək, danışıqları davam etdirir.

Görünən odur ki, Donetsk klubunun israrı bir müddət davam edəcək. Buna səbəb futbolçuya marağın artmasıdır. Hətta Madrid “Real”ının nümayəndələri belə futbolçuyla maraqlanmağa başlayıb.

Qeyd edək ki, ölkəsinin yığmasında 8 oyun keçirən Mudrik, 2017-ci ildən “Şaxtyor”un formasını geyinir. Bu mövsüm Ukrayna çempionatında 18 matça çıxan Mixail 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version