AUT.AZ

Şumaxerdən xəbər var – Ailəsi nəyi gizlədir?

“Formula 1” üzrə dünya çempionu Mixael Şumaxerin səhhətində kiçik irəliləyiş var.

Aut.az xəbər verir ki, 9 ildir həkim nəzarətində olan sabiq pilotun yaxın dostlarının verdiyi məlumata görə, Şumaxer artıq gözlə təmas qurmağı bacarır. Ancaq danışıq baxımından irəliləyiş yoxdur. Bu səbəbdən onunla göz təması vasitəsiylə ünsiyyət qurmaq mümkün olur.

Bir müddətdir evində müalicə alan Şumaxerin sabiq meneceri Uilli Ueber isə pilotun ailəsindən narazıdır. O, “La Gazetta dello Sport”a verdiyi açıqlamada Mixailin ailəsinin onunla bağlı məlumatları gizlətdiyini bildirib. Şumaxerin hələ çox sevildiyini bildərən Ueber söyləyir ki, ailəsi onun haqqında tez-tez ictimaiyyətə açıqlama verməlidir.

Exit mobile version