AUT.AZ

Şahruddin azarkeşlərə müraciət etdi

“Qarabağ”ın futbolçusu Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.

Aut.az xəbər verir ki, millimizin üzvü azarkeşlərə təşəkkür edib və mövsümün ikinci hissəsinin də maraqlı keçəcəyini bildirib:

“2022/23 mövsümünün yarısına çatdıq. İrəlidə bizi maraqlı ikinci hissə gözləyir. Hər bir azarkeşə böyük minnətdarlıq bildirmək istərdim. Sizinlə birlikdə biz daha da güclüyük”.

Qeyd edək ki, “Qarabağ” qış fasiləsinə 50 xalla lider olaraq yollanıb. Ağdam klubu ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayır.

Heybət

Exit mobile version