AUT.AZ

“Real” Ronaldonu qaytarır – Bir şərt var…

“Mançester Yunayted”dən ayrıldıqdan sonra klubsuz olan Kriştiano Ronaldo üçün yeni variant yaranıb.

Aut.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu karyerasını yenidən İspaniyada davam etdirə bilər. Ronaldonun sabiq klubu “Real”a qayıtmaq ehtimalı var. Bu barədə “TNT Sports” nəşri məlumat yayıb. Bildirilib ki, “kral klubu”nun rəhbərliyi 37 yaşlı hücumçunun meneceri Jorje Mendeşlə danışıqlara başlayıb. Madrid təmsilçisinin əsas tələbi və şərti odur ki, Kriştiano futbolçu karyerasını “Real”da başa vursun.

Qeyd edək ki, Kriştiano Ronaldo 2009-2018-ci illərdə “qalaktikos”da çıxış edib. Portuqaliyalı futbolçu Madrid təmsilçisinin heyətində meydana çıxdığı 438 matçda 450 qol və 131 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version